Ana səhifə            


Təqvim
       

 


Satışda

Reytinqli xəbərlər

Arxiv xəbərlər

Reklam
 
WwW.Sadiq.Biz » S.K.M » Daxili fiziki hissələr

Daxili fiziki hissələr

Müəllif: M_L | 10 İyul 2010 | Baxışların sayı: 143
Daxili fiziki hissələr


Sistem blokunun daxilində olan hissələr: ana plata (əsas plata), mikroprosessor (CPU), əməli yaddaş (RAM), keş, ROM, portlar, daimi yadaş qurğusu (sərt disk), dəyişən yaddaş qurğuları (Floppy, CD-ROM, Cart-Reader), güc bloku, batareya, şəbəkə kartı, video adapter, səs kartı, modem, TV-tuner və s.
Ana plata kompüterin əsas hissələrindən biridir, buna görə də ona əsas plata da deyilir. Ana platanın üzərində çoxlu qızılı rəngdə olan xətləri və müxtəlif çipləri görmək olar. CPU dərinliyi (socket), RAM üçün slot, BIOS, serial və paralel portlar, AGP və PCI yarıqları ana platanın üzərində yerləşir. Ana plata istehsal edən məşhur firmalar ASUS, Gigabyte, Intel.



Daxili fiziki hissələr


CPU (Central Processor Unit) kompüterin beynidir və vəzifəsi tapşırıqları tezliklə yerinə yetirməkdir. CPU işləyərkən qızdığı üçün onun üzərinə ventilyator yerləşdirilər. Prosessorun (CPU) sürəti, yəni takt tezliyi hz (hers) ilə ölçülür. Təzə kompüterlərdə CPU- Core 2 Duo 2 Ghz. Core 2 Duo o deməkdir ki, prosessor 2 nüvəlidir və hər nüvəsinin sürəti 2 Ghz-dir. CPU çiplərini İntel və AMD firmaları istehsal edir.


Daxili fiziki hissələr


RAM (read only memory), başqa cür desək əməli yaddaş çox sürətli yaddaşdır, buna bəzən operativ yaddaş da deyirlər. Prosessor müvəqqəti olaraq proqramları və məlumatı RAM-da saxlayır və icra edir. Kompüter söndükdə RAM-da olanlar pozulur. Əməli yaddaşın tutumu Mb (meqabayt) və Gb (qiqabayt) ilə ölçülür. Müasir kompüterlərdə RAM 1024 Mb, notebooklarda isə daha yüksək olur.



Daxili fiziki hissələr


ROMun daxilində olan əmrlər bunlardır:
• POST (Power On Self Test) - kompüter qoşulduqda qurğuların elektrik enerşisinə qoşulmasını yoxlayır;
• CMOS (complementary metal-oxide semiconductor) - kompüterə yeni qurğu qoşulduqda məlumatları yeniləyir;
• BIOS (Basic Input/Output System) - avadanlıqlarla müxtəlif əməliyyatlar aparmaq üçün tətbiq olunur;
• BOOT (yüklənmə) - əməliyyat sistemi ilə bağlı olan əmrlər.
BIOS belə tərcümə olunur- əsas giriş-çıxış sistemi. BIOS xüsusi proqram təminatıdır və daimi yaddaşdan asılı olmayaraq işləyir. Kompüter açılarkən mərkəzi prosessor BIOSa müraciət edir, POST test aparılır, BIOS sistem qurğularını yoxlayır. Test qurtardıqdan sonra prosessor başlayır disklərdə əməliyyat sisteminin yüklənməsi üçün faylları axtarmağa. Kompüter yüklənmə fayllarını tapan kimi əməliyyat sistemi qoşulur və kompüterin üzərində nəzarət tamamilə əməliyyat sisteminə keçir. BİOSda konfiqurasiyanın sazlanması üçün Setup adlı proqram olur, bu proqramda qurğuların səciyyəvi xüsusiyyətlərini təyin etmək olur. Setup-a girmək üçün kompüter açılan zaman DEL, bəzən F2, F10 və ya başqa düymələr basılı saxlanılır. Əgər BİOSda arzuolunmaz dəyişikliklər olunubsa, onda 'Load Setup Defaults' düyməsini vurmaqla əvvəlki vəziyyətə qaytara bilərsiniz.


Daxili fiziki hissələr


CMOS RAM adlanan xüsusi yaddaş aşağıdakı məlumatları özündə saxlayır: Vaxt, tarix və başqa xüsusiyyətlər, klaviatura və siçan, CPU, keş, RAM, Yaddaş diskləri və s. BIOS və CMOS əmrləri yerinə yetirdikdən sonra prosessor başlayır əməliyyat sistemi yerləşmiş diski axtarmağa.
Adətən əməliyyat sistemi C diskində yerləşir. C hərfini kompüter daimi yaddaş qurğusuna, yəni sərt diskə verir. Sərt diskə əsas yaddaş qurğusu, vinçestr də demək olar. Daimi yaddaş qurğularını istehsal edən firmalar bunlardır: Samsung, Quantum, Seagate, Western Digital, Maxtor, Hitachi, Fujitsu


Daxili fiziki hissələr


Sərt disk RAMdan fərqli olaraq həcmi böyük, sürəti kiçik olur. İndiki sərt disklərin ölçüsü 160Gb, 240Gb, 320Gb olur. Sərt diski virtual olaraq bir neçə bölümə (partition) ayırmaq olar. Çox vaxt 1-ci bölüm C, 2-ci bölüm D adlanır. Əməliyyat sistemi və digər proqramlar C diskində, bizim istifadə etdiyimiz fayllar və qovluqlar isə D diskində yerləşir.
Optik yaddaş qurğuları
Optik yaddaş qurğuları CD və DVD disklərdir, optik disklərdə məlumat lazer şüası ilə oxunur. Maqnit disklərdən fərqli olaraq optik disklərin tutumu və ömrü çox olur. Optik disklərin bir neçə növü var: CD-ROM, CD-R, CD-RW, CD+RW, DVD-R, DVD+R, DVD-RW, DVD+RW, DVD-RAM, HD DVD, Blu-Ray, AHD, HVD, AO-DVD, DMD, FMD-ROM.



 
Hörmətli istifadəçi, siz sayta qeydiyyat olunmadan daxil olmusunuz. Biz sizə qeydiyyat olunmağı məsləhət görürük.
  Mövzu üzrə digər xəbərlər:
 (səs sayı: 3)
Şərhlər (1)   Çap
#1 Yazdı: caspian (12 İyul 2010 10:59) ------------------------- Sizin Sadiq Saytınız
bezmisem e day men bi hisseleri gormekden((. yenede xebere gore cox sag ol winked


--------------------

Qeydiyyat olundu: 27.02.2009 ICQ: 1235465 [Sitat gətirmək]

Şərhlərin əlavə edilməsi
Sizin adınız:
Sizin E-Mail:
Kod: Təhlükəsizlik kodu
Kodu yazın



 
Səsvermə
Sadiq Kompüter Mərkəzinin işçi heyyəti sizi qane edirmi?

Bəli
Xeyir
Super
Belədə


Onlayn
Hal-hazırda saytda: 5
İstifadəçilər: 0
Qonaqlar: 3
Axtarış robotları: 2
İstifadəçilər:
Tapılmadı.

Axtarış robotları:
GooglebotYahoo

Administrator asel
augzoobax azqinqurd
chekistValera dark_live
DAVUD_015 Drakula
effipsexuri Gamorra
kolebakin M_L
Menecer mishagalq
Neo_newz ruchin28
Sabinka samir_1
sebirsiz89 Urbariker

 Adminstrator | Redaktor | Jurnalist

Reklam
  • Sizin reklamınız burada ola bilər
  • Banner