Televizor texnikası sektorunda tətbiq olunan üçölçülü təsvir texnologiyaları getdikcə daha geniş vüsət alır. Bu proses hazırda fərdi kompyuterlərə də sirayət etməkdədir.
Jon Peddie Research şirkətinin hesabatında qeyd olunur ki, 3D texnologiyaları ilə təchiz olunmuş fərdi kompyuterlərin (3D PC) satış həcmi artmaqdadır. Analitiklər belə hesab edirlər ki, hazırda bir milyon qurğu göstəricisi ilə hələ formalaşma mərhələsində olan 3D PC bazarında dörd ildən sonra həmin göstərici 75 milyona çatacaq. Artımın daha çox video-oyunlar sektorunda müşahidə olunacağı gözlənilir.