|
| |
Fərdi kompyuterlərin qiyməti qalxacaq | | Müəllif: M_L | 5 İyul 2010 | Baxışların sayı: 69 |  Ekspertlər qiymətlərin qlobal artımını proqnozlaşdırırlar.
Müstəqil ekspertlər dünyada fərdi kompyuterlərin qiymətinin qlobal artımını proqnozlaşdırırlar. Buna səbəb kimi kompyuter hissələrinin istehsalının bahalaşması və Çin Mərkəzi Bankının yuanın ABŞ dolları ilə mübadilə kursunun zəifləməsinə dair çıxardığı qərardan sonra Çin valyutası kursunun artması göstərilir. Analitiklər Çində əmək haqlarının xeyli artmasını da qeyd edirlər.
Ekspertlərin fikrincə, dünya kompyuter brendləri artıq fərdi kompyuter istehsalı və proqram təminatı ilə məşğul olan obyektlərinin Çinə nisbətən kiçik əmək haqqı müşahidə olunan ölkələrə köçürülməsi haqda düşünməyə başlayıblar (məsələn, Vyetnam). Buna baxmayaraq, hələ ki, kompyuterin istehsal edən əsas obyektlər Çində fəaliyyət göstərir, yuanın kursunun dəyişməsi isə kompyuerlərin qiymətlərinə də təsir göstərməkdə davam edəcək.
Problem isə Çindəki əksər şirkətlərin sadəcə olaraq Qərb brendlərinin sifarişlərini yerinə yetirən və müqavilə üzrə fəaliyyət göstərən istehsalçıların olması hesabına həll edilir. Bu istehsalçılar yerinə yetirdikləri işə görə məbləğləri dollarla dəyərləndirirlər. Bundan əlavə, dünya üzrə elektron məhsulların demək olar ki, 90%-i dollarla satılır. Bununla yanaşı, «Credit Suisse» investisiya bankının analitiklərinin fikrincə, yuanın bir qədər zəifləməsi fonunda Çin istehsalının bahalaşması qaçılmazdır. Çinin iri istehsalçıları sonadək qiymətləri artırmayacaq, lakin buna baxmayaraq, qiymətlər istər-istəməz qalxacaq. Kompyuter hissələri istehsalçılarından isə öz məhsullarının qiymətlərini ilk olaraq ana plataları və operativ yaddaş modul istehsalçıları artıracaq. Analitiklərin fikrincə, şirkətlər satış həcminin artması hesabına qiymət artımı effektini qismən tarazlamağa çalışacaq, lakin bu artımı əldə etmək üçün brendlər müasirləşdirmə işlərinə tələb olunan vəsaiti axtarmalı olacaq.
Dünya üzrə satış həcminə görə ikinci yerdə qərarlaşan Tayvanın «Acer» kompyuter istehsalçısı həftənin əvvəlində artıq öz məhsullarına olan qiymətlərin artırıldığını elan edib. Şirkət öz addımını kompyuter hissələrinin, yəni yaddaş modulları, sərt disklər, ana plataları və digər bu kimi qurğuların istehsalının bahalaşması fonunda atdığını bildirib.
cybersecurity.ru saytının yazdığına görə, fərdi kompyuterlərə olan qiymətlərin qlobal artımına səbəb olan daha bir faktor avronun kursunun aşağı düşməsidir. Bu gün Avropa bazarı bütün istehsalçılar üçün olduqca zəruridir və avronun zəifləməsi əlbəttə ki, mübadilə kursuna öz mənfi təsirini göstərməyə bilməz. Belə vəziyyətdə isə milli valyutalar, xüsusən də dollarla hesablama zamanı istehsalçıların mənfəəti yenə də azalmış olur. | Hörmətli istifadəçi, siz sayta qeydiyyat olunmadan daxil olmusunuz. Biz sizə qeydiyyat olunmağı məsləhət görürük.
|
| Mövzu üzrə digər xəbərlər: | |
|
#1 Yazdı: uLka (5 İyul 2010 11:30) -------------------------
Sizin
Sadiq Saytınız |
Qeydiyyat olundu: 13.02.2009 ICQ: -- [Sitat gətirmək]
|
|
#2 Yazdı: ESMER (5 İyul 2010 12:22) -------------------------
Sizin
Sadiq Saytınız |
|
|
|
#3 Yazdı: vusu (5 İyul 2010 12:58) -------------------------
Sizin
Sadiq Saytınız |
Qeydiyyat olundu: 24.06.2010 ICQ: -- [Sitat gətirmək]
|
|
#4 Yazdı: caspian (12 İyul 2010 10:16) -------------------------
Sizin
Sadiq Saytınız |
Qeydiyyat olundu: 27.02.2009 ICQ: 1235465 [Sitat gətirmək]
|
|
|
|
|
İndiki İnternet qiymətləri sizi qane edirmi? |
|
|
|
| Hal-hazırda saytda: 4
İstifadəçilər: 0
Qonaqlar: 2
Axtarış robotları: 2
İstifadəçilər:
Axtarış robotları:
Adminstrator |
Redaktor | Jurnalist |
|
| Sizin reklamınız
burada ola bilər
|
|
|
|
|